Hava, su, qida insan bədəni üçün nə qədər vacibdirsə idman da bədənin
inkişafı, sağlam, gümrah, çevik, uzun ömür yaşamaq üçün bir o qədər vacibdir. İdman, bədənin qulluğunda durmaq deməkdir. İdman, güc deməkdir. Bütün bunları nəzərə alaraq, şirkətimiz, “Sizin gücünüz bizim işimizdir” devizi altında fəliyyətə başlamış və gələcək hədəflərini “insan, sağlamlıq, ekonomik, geniş sfera” üzərində qurmağı özünə məqsəd bilmişdir.
Biz,  Azərbaycanın ilk fitness (GYM) avadanlıq istehsalçısı olmaq, idman və insanların güvənini qazanmaq üçün hədəflərimizi daha geniş imkanlar üçün təyin etdik.

İstehsal prosesi:

İlkin mərhələdə fitness zalların təlabatını ödəmək üçün 30-dan çox fərqli adda və “Ana kateqoriya” dediyimiz alətlə istehsal olunur. 

İstehsalda istifadə etdilən metal profil və borular 4-5mm qalınlığında olmaqla avadanlığın uzun ömürlülüyün və davamlılığını təmin edir.

Oturacaqlar, dizlik və kürəkliklərdə istifadə olunan süngərlər 120 mikron olmaqla 50 mm hündürlüyə malikdir.

Avadanlıqların boyanması toz boya sistemi ilə həyata keçirlir. Toz boya yaş boyadan fərqli olaraq fitness avadanlığınıza xüsusi gözəllik və uzunömürlülük verəcəkdir.  

Siz, “Sferagym” seçməklə rahat ünsiyyət, əlverişli şərtlər, fitness zalınız üçün daha geniş imkanlar əldə etmiş olacaqsınız.

Unutmayın; 

Sizin gücünüz bizim işimizdir!